Logo

Hər il 360 min insan suda boğularaq həyatını itirir


Avropa Statistika Mərkəzi, dünyada hər il təxminən 360 min adamın boğularaq öldüyünü bildirib. Boğulub ölmə ilə bağlı rekord göstərici Latviya və Litvaya məxsusdur.

İsti havalar şimal yarımkürəsini təsiri altına aldığı bu müddətdə, bəzi yerlərdə rekord temperatur da qeydə alındı. İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Statistika Mərkəzi qəza ilə boğulub ölmə göstəricilərini açıqlayıb. Buna görə də hər il dünyada 30 min insan suda boğularaq həyatını itirir. Bu göstəriciyə əsasən avrozonada ilk sıralarda Laviya və Litva qərarlaşıb.

Litvada bu göstərici hər 100 min adama 6.46%, Latviyada 6.1% olub. Bu ölkələri sıralama ilə Rumınya(3.18%), Estoniya(3.08%) və Yunanistan(2.45%) izləyib. 33 ölkə arasında Türkiyə 21-ci sırada qərarlaşıb. Bu ölkənin müvafiq göstəricisi 0.9% təşkil edib. Boğularaq ölmək üzrə ən aşağı göstərici İtaliya, Malta və Portuqaliyaya məxsus olub. İtaliyada 100 mində 0.38% adam həyaını itirdiyi təqdirdə, bu göstərici Maltda 0.39%, Portuqaliyada 0.43% olub.

 

Mehman Nəbiyev

Dünya,
13.08.2019 17:17 21
Teqlər: İqtisadiyyat, dünya, dəniz, üzmək, boğulma, ölmə, statistika, mərkəz, açıqlama, faiz, isan, adam, ölkə, siyahı, sıralama, aşağı, yuxarı,