Logo

Qaçqınlarla bağlı qərar: Dövlət dəstəyi və sosial yardım kəsiləcək


ABŞ qaçqınlara tətbiq etdiyi sosial yardımı kəsəcək.

Bu barədə Ağ Evdən açıqlama verilib.

Açıqlamada bildirilib ki, yardıma möhtac olanlar üçün ayrılan sosial təhlükəsizlik paketini və vergi mükəlləfləriniqorumaq məqsədilə yardıma möhtac qaçqınlara həm dövlət dəstəyi kəsiləcək, həm də yaşayış icazəsi verilməyəcək. Bu addımın ABŞ-a gəlmək istəyənlərin öz ayaqları üzərində dura bilməsi və dövlətin təmin etdiyi sosial təhlükəsizlik dəstəyinə dayanması üçün atıldığı qeyd edilib.

Yeniliklə gəlir səviyyəsi aşağı olan qaçqınların ABŞ dövlətindən səhiyyə sığortası, qida və sığınacaq kimi dəstəklər ala bilməyəcək. ABŞ dövlətindən hələ də yardım alan şəxslər isə vətəndaşlığa qəbul olunmayacaq və ölkədən deportasiya ediləcək.

Qərar çərşənbə günü imzalanacaq və 60 gün içində qüvvəyə minəcək.

Dünya,
13.08.2019 14:47 139
Teqlər: İqtisadiyyat, dünya, qaçqın, ayrdım, ehtiyac, insan, qərar, möhtac, kəsilmə, dəstək,