Logo

Avropa İttifaqı Türkmənistanla danışıqları bərpa edib


Avropa İttifaqı (Aİ) Türkmənistanla bu ölkəni Azərbaycanla birləşdirəcək Trans-Xəzər boru kəmərinin tikintisinin maliyyələşdirilməsinə dair danışıqları bərpa edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian paytaxt Aşqabadda keçirilən Xəzər İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi beynəlxalq maliyyə qurumu Türkmənistana məxsus təbii qazın Avropa ölkələrinə nəql edilməsini nəzərdən keçirir. Bununla belə, İran sözügedən kəmərin inşasına qarşıdır. İslam Respublikasının Milli Qaz Şirkətinin nümayəndəsi Behruz Namdari bildirib ki, Trans-Xəzər kəməri regionun ekologiyasına ciddi ziyan vura bilər. Odur ki, qonşu ölkələrin "mavi yanacaq" ixracı üçün İranın kəmərlərindən və terminallarından istifadə etməsi məqsədəuyğundur.

Sənaye,
13.08.2019 11:10 20
Teqlər: İqtisadiyyat, sənaye, trans, Xəzər, boru, kəmər, xətt, danışıqlar, bərpa, Türkmənistan, Avropa, ittifaq, birləşmə,