Logo

Rusiyada daha bir Azərbaycan zavodu işə salındı


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin iştirakı ilə Rusiyanın Tümen şəhərindəki Antipinski Neft Emalı Zavodu istehsal tsiklini bərpa edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, zavod sonradan hazır məhsul şəklində geri qaytarılmaq şərti ilə sifarişçinin özünün təchiz etdiyi xammaldan istifadə etməklə müntəzəm rejimdə işləməyə davam edəcək.

Layihənin operatoru kimi "Sberbank" və layihəyə SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və emalı sahəsində təcrübə və bacarıqlarını cəlb edən sənaye investorları qrupunun birgə müəssisəsi olan "SOCAR Enerqoresurs" çıxış edir. SOCAR mütəxəssislərinin təcrübə və bacarıqlarından 2019-cu ilin iyun ayında "Novıy Potok" Neft Şirkəti" MMC-nin əməliyyat fəaliyyətinin bərpa edilməsi zamanı istifadə olunub: şirkət eyni vaxtda Moqutovskoye, Vorontsovskoye yataqlarındakı və Qremyaçevskoye yatağının bir hissəsindəki qəzalı quyuların bərpa edilməsi və yenidən qurulması işlərinə, eləcə də istismar qazması işlərinə hazırlığa başlayıb.

Həmçinin iyulun 18-də SOCAR nümayəndələri ilə Tümen vilayətinin qubernatoru Aleksandr Moor arasında görüş baş tutub.

Sənaye,
19.07.2019 17:45 104
Teqlər: İqtisadiyyat, sənaye, SOCAR, zavod, Tümen, işə salma,