Logo

Maşın nömrəsinə bizim pulla 1.1 milyon sayan kimdir... - maşının özünün qiyməti 22 milyon AZN-ə yaxındı


Britaniyalı kolleksiyaçı ölkəsinin tarixində ən bahalı avtomobil nömrəsinin sahibi olub.

Retro-avtomobillərin dileri Con Kollinz “250” nömrəsinə 518 min funt sterlinq (bizim pulla 1.1 milyon manatdan yuxarı) ödəyib. O, həmin nömrəni “Ferrari 250GT SWB” avtomobilinə bərkidib. Həmin avtomobil əvvəllər rok-musiqiçi Erik Kleptona məxsus olub. Avtomobilin dəyəri isə 10 milyon funt sterlinq, yaxud 22 milyon AZN-ə yaxındır.

“250” nömrəsi 2014-cü ildə hərracda 400 min funt sterlinqə satılmışdı və hələ o zaman Böyük Britaniyada ən bahalı avtomobil nömrəsi olmuşdu.(Virtualaz.org)

Avto,
19.07.2019 17:07 81
Teqlər: İqtisadiyyat, avto, dünya, qiymət, manat, avro, dollar, avtomobil, nömrə, maşın, baha, milyon,