Logo

Azərbaycanda distant və ya teleiş formaları yaradılacaq- Evdən işləyəcəksiniz


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin distant (məsafədən) iş və ya teleiş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması istiqamətində işlər aparır.

Nazirlikdən "Report"a verilən məlumata görə, ilk növbədə, Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına “Distant (məsafədən) iş – əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və “Teleiş – əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi nəzərdə tutulur. Yeni anlayışların daxil edilməsi ilə əlaqədar Məcəllənin 4-cü maddəsinin 2-ci hissəsinin və 55-ci maddəsinin də təkmilləşdirilməsi təmin ediləcək.

Qeyd edək ki, bu sahədə işlər Azərbaycan Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planına əsasən aparılır. Belə ki, həmin Tədbirlər planında teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması tədbiri də yer alıb.

Sosium,
19.07.2019 15:05 71
Teqlər: müdafiə, sosial, teleiş, kənar, uzaqdan, distant, əmək, sosium, İqtisadiyyat, nazirlik,