Logo

Azərbaycan Gürcüstana neft və neft məhsullarının ixracını artırıb


Azərbaycan Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının həcmini artırıb.

APA-nın yerli bürosunun Gürcüstan Milli Statistika Ofisinin hesabatına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Gürcüstana 53,7 mln. ABŞ dolları dəyərində 97 245,7 ton neft və neft məhsulları ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 18% və 29% artıb.

Biznes,
19.07.2019 14:40 53
Teqlər: məhsul, artım, İqtisadiyyat, biznes, neft, neft məhsulları, ixrac,