Logo

Azərbaycanda ictimai iaşə dövriyyəsi 3,6% artıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,6% artaraq 685,9 mln. manat olub.

Apa-nın dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% artaraq 276,9 mln. manat olub.

Biznes,
17.07.2019 17:49 57
Teqlər: İqtisadiyyat, biznes, iaşə, obyekt, ticarət, dövriyyə, artım, faiz,