Logo

"Holcim" Azərbaycanın baş direktoru ilə EKSKLÜZİV MÜSAHİBƏ


İqtisadiyyat.Az Azərbaycanda mühüm sənaye müəssisəslərindən biri olan  "Holcim" zavodununun baş direktoru Frederic Guimbal ilə müsahibəni təqdim edir. 

“Holcim” zavodu nə vaxt  fəaliyyətə  başlayıb?

1949-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə "Qaradağ Sement Zavodu"-nun tikintisi başlayıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş  Sovet  İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikintiişlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub. 1999-ci ildə Qaradağ Sement  Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan edildi.2012-ci ili аnprel ayında “Qaradağ Sement” ASC rebrendinq olaraq "Holcim (Azərbaycan)" ASC oldu. 2015-ci ilin iyul ayında Holcim Azərbaycan şirkətin tarixində növbəti addım atdı və dünyanın ən nüfuzlutəşkilatlardan biri LafargeHolcim (LH) adlı güçlü təşkilatın hissəsi oldu. Sement, beton və aqreqatlar sektorlarda 180 ildən artıq təcrübəsi ilə "Lafarge" və "Holcim" şirkəti birləşərək tikinti materialları sənayesindəaparıcı şirkət yaranıb. Hal hazırda şirkətimizdə 80,000-ə yaxın işçi dünyanın 80 ölkəsində fəaliyyət göstərir.

"Holcim" zavodunun istehsal etdiyi məhsullar yalnız Azərbaycan bazarında satılır?

"Holcim (Azərbaycan)" ASC Azərbaycanda ilk sement istehsalçısıdır. İstehsal gücümüz, yüksək keyfiyyətli məhsullarımız və müştərilərlə səmimi münasibətlərimiz sement bazarındakı aparıcı mövqeyimizi saxlamağa imkan verir. Bundan əlavə qonşu ölkələrə misal olaraq Gürcüstana kilnker və sement ixracını həyata keçirir. Biz müştərilərimizi yüksək keyfiyyətli sementlə təmin etmək üçün ən yaxşı təcrübədən istifadə etməyəçalışırıq və bu məqsədlə məhsullarımızın satışı və paylanması sistemini daim təkmilləşdiririk. "Holcim(Azərbaycan)" ASC-in bütün məhsulları beynəlxalq  və yerli standardına uygun istehsal edilir. Bustandart Holcim (Azərbaycan) mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsi tərəfindəntəsdiq edilmişdir. Məhsullarımızın vaxtaşırı kənar laboratoriyalarda (Türkiyənin Sement İstehsalçılarıBirliyinin, Rusiyanın Cemiscon sirkətinin, ABŞ-nın CTL-Group sınaq mərkəzinin) sınaqdan keçirilməsilə,onların müştərilərimizin tələblərinə uyğunluğu təsdiq edilir. Qlobal təcrübəyə və keyfiyyətə malik olanHolcim Azərbaycanın istehsal etdiyi sement ilə ölkədə bir sıra müasir tikililər ərsəyə gəlmişdir. BunaHeydər  Əliyev adına Beynəlxalq Hava limanı, Ələtdə yerləşən Bakı limanı, Koroğlu qovşağı, SOCAR-ın, SOFAZ-ın və AZƏRSU-nun inzibati binaları, Yeni Bulvar, Bakı Metropoliteninin yeni stansiyaları, BakıGəmiqayırma zavodu-nu misal olaraq göstərmək olar. Zavod istər fərdi ustalar uçün, istərsə də strateji vəinnovativ layihələr üçün müxtəlif markalı sementlər istehsal etməyə qadirdir.

Zavod yalnız  sement  istehsalını həyata keçirir?

Şirkət yüksək keyfiyyətli sement və klinker məhsulu ilə ölkə bazarını təmin edir. Beynəlxalq təcrübəyə əsaslanaraq və müştərilərin  istək və tələblərinə ceviklik göstərərək şirkətdə müxtəlif təyinatlı hidravlik əsaslı məhsulların istehsalı da həyata keçirilir. İstehsal olunan yol yapışdırıcıları məhsulları həm ölkədaxilində həm də regiona daxil olan ölkələrin yol infrastrukturunda geniş tətbiq olunur.

İl ərzində təxminən nə qədər məhsul istehsal olunur?

Bizim illik istehsal gücümüz 1 700 000 ton təşkil edir.

“Holcim zavodu istehsalatda istifadə etdiyi xam malı ölkə daxilindən yoxsa xarici ölkələrdən alınır ?

Sement istehsalında yerli xammaldan istifadə olunur. Lakin zavodda istifadə olunan avadanlıqlar və onların ehtiyyat hissələrini və əlavə qatqıları biz xarici ölkələrdən əldə edirik.

"Holcim”  zavodu istehsalat prosesində hansı üsuldan istifadə edir?

Ətraf mühitə olan təsiri minimuma endirmək məqsədilə Holcim müasir texnologiyaları tətbiq etməklə  ekoloji göstəriciləri, istehsalatın effektliliyini, buraxılan məhsulun keyfiyyətini və həcminin əhəmiyyətli dərəcədə artırır. 2012-ci ildə Holcim mövcud infrastrukturu təkmilləşdirərək və zavodda müasir quru üsulla işləyən sobanını inşasını həyata keçirdi. Həmin ildə keçirilmiş texniki-iqtisadi qiymətləndirmədən sonra işlərin başlanılmasına razılıq verilib və 300 milyon avroluq investisiya hesabına yeni soba istismara verilmişdir. Yeni texnologiya istehsalat qurğularının 80%-ni təkmilləşdirib. İstehsalat gücünü 30% artıraraq illik 1,7 milyon tona çatdırmaqla yanaşı, zavod texniki təminat baxımdan Avropanın ən müasir zavodlarından birinə çevrilib.

“Holcim” zavodunda istehsal olunan məhsulların digər sement istehsalçılarının məhsullarından əsas üstünlüyü nədir?

Biz hər zaman müştərilərimizin yanında olur, onların ehtiyaclarını anlayaraq dəstək göstəririk. Biz yalnız sement satışını həyata keçirmirik. Biz tikinti materialları üzrə qlobal lider olan LafargeHolcim-in bir hissəsiyik. Beynəlxalq təcrübəni və innovasiyaları Azərbaycana gətirməklə LafargeHolcim (LH)  tikinti məhsulları bazarının inkişaflna töhfə verir. Müştərilərimizi yüksək keyfiyyətli sementlə təmin etməklə yanaşı həll yolları da təqdim edirik.  Yeni yaradılmış Holcim Akademiyasını buna nümunə göstərmək olar. Mərkəzin özəlliyi innovativ texnologiyaların, yeni inşaat materiallarının istifadəsi, tətbiq sahəsi barəsində məlumatların çatdırılmasından ibarətdir ki, bu da ustaların peşəkarlığı ilə yanaşı onların gəlirlərinin artırılmasına səbəb olacaq. Burada suvaqçı, bənna peşəsinə yiyələnmək istəyən ustalar pulsuz praktiki təlim və seminarlarda iştirak edərək yeni peşəyə sahib ola bilərlər, bu da öz növbəsində işsizliyin aradan qaldırılmasına müsbət təsir edəcək. Ən əsası iştirakçılar təlim və seminarlar üçün əvvəlcədən hazırlanmış mövzuların siyahısından seçim edə, həm də onları maraqlandıran yeni bir mövzu təklif edə bilərlər. 2019-cu ilin aprel ayında Qaradağ Unikal məhsulunu bazara təqdim etdik. Holcim-in yeni Unikal adlı sementi nəmdən və sudan müdafiəyə ehtiyacı olan bütün iş növləri üçün nəzərdə tutulub. Yeni AQUASTOP texnologiyası sayəsində  istehsal edilən bu məhsul inşa edilən tikililərin  nəmdən və sudan tam müdafiəsini təmin edir. Bu məhsul yerli və  İsveçrəli  peşəkar mütəxəssilərin birgə fəaliyyəti sayəsində ərsəyə gəlmişdir. AQUASTOP - Holcim Azərbyacan tərəfindən patentləşdirilmiş Qaradağ Unkial sementində su qovucu effekti yaradan texnologiyadır.

“Holcim”  zavodu idarəetmədə və işçilərin zavoda qəbulunda hansı sistemdan istifadə edir?

İşçilərin işə qəbulu beynəlxalq standartlara və  yerli qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir.Holcim üçün əsas dəyəri onun işçi heyətidir. Bu dayanıqlı birlik peşəkar kadrların yetişməsinə təkan olur. Məhz buna görə bu gün 10-dan çox Holcim işçiləri dünyanın hər bir yerində həm şirkət daxili həm şirkətdən kənar vəzifələrdə çalışırlar. Kollektivin şanlı və kədərli tarixçəsi də var. Qaradağ Sementin 7 əməkdaşı vətənin müdafiəsi uğrunda şəhid olmuşlar. "Holcim(Azərbaycan)" şirkətinin gücü insanlarınverdiyi tövhələrə, onların təcrübə və  acarıqlarına, innovativ həllər tapa bilmək qabiliyyətlərinə və yüksəliş səviyyəsinə əsaslanır. İnkişaf etmək və fərqlənmək imkanlarını axtaranlar üçün biz karyera imkanları təklif edirik.

“Holcim” zavodu hər hansı beynəlxalq yaxud yerli sertifikatlar yaxud mükafatlarla təltif olunub?

"Holcim" dəfələrlə, "Uğur" mükafatına layiq görülmüşdür. 2018-ci ilin nəticələrinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilk dəfə təsis edilmiş Ətraf Mühitin mühafizəsi sahəsindəki nailiyyətlərinə görə mükafat və fəxri fəramnla mükafatlandırılmışdır. 2018-ci ildə Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması üzrə ilin ən yaxşı müəssisəsini təltif etdi. İl ərzində 2000-nə yaxın müəssisə və təşkilatların əmək təhlükəsizliyi normaları baxımından fəaliyyəti  izləmiş və qiymətləndirilmişdir. Müsabiqənin qalibi "Holcim Azərbaycan" şirkəti olmuşdur.

 “Holcim” zavodu yerli yaxud beynəlxalq inşaat sərgisində iştirak edib?

Şirkət ölkə ərazisində keçirilən İnşaat sərgisində, yol infrastrukturu və Ekologiya sərgilərində yaxındaniştirak edir. Bu maraqrlı tərəflərdə Holcim şirkətinə marağı artırır. Həmçinin biz Dayanıqlı İnşaat üçün LafargeHolcim fondunu qeyd etmək istərdik. Bu Fondu 2003-cü ildən etibarən memarlıq, mühəndislik, şəhərsalma və tikinti sahəsində davamlı gələcəyin təmin edilməsi istiqamətində məlumatlılığın artırılması üçün yaradılmışdır. Müsabiqənin ümuni mükafat fondu 2 milyon ABŞ dollarıdır. Əsas məqsəd mükəmməl memarlıq və daha yüksək həyat göstəricilərinə nail olmaqla, davamlı inşaatın qeyri-kommersiya təşfiqi və təşəbbüslərin dəstəklənməsidir. Bu il VI Beynəlxalq LafargeHolcim Mükafatları müsabiqəsi memarları, mühəndisləri, layihəçiləri, dizaynerləri, inşaat sahəsində təhsil alan tələbələri  müsabiqəyə qoşulmağa dəvət edir. Müsabiqədə iştirak etmək üçün ərizələr 4 iyun 2019-cu il tarixindən başlayaraq qəbul olunur. Layihənin təqdim olunması üçün son tarix 25 fevral  2020-ci ildir.(fins.az)

Müsahibə,
03.07.2019 16:44 125
Teqlər: İqtisadiyyat, müsahibə, zavod, rəhbər, direktor, baş, sənaye, müəssisə,