Logo

"Gələn ilin yanvarından pensiyalar 15 faiz artacaq" – NAZİR


“Bildiyiniz kimi, pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i deməkdir. Yerdə qalan 40%-i isə yaddan çıxmayıb”.

İqtisadiyyat.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.

Nazir bildirib ki, 2020-ci ilin yanvarından pensiya artacaq:

“Orta aylıq əməkhaqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq”.

Sosium,
20.06.2019 13:43 316
Teqlər: İqtisadiyyat, sosium, hadisə, sosial, pensiya, artım, faiz, yanvar, nazir, açıqlama,