Logo

Azərbaycanda minimum əmək haqqı 100 manat da artırılmalıdır - SƏBƏB


Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum aylıq əmək haqqının məbləği Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabr ayının 1-dən etibarən 250 manat olacaq. 
İqtisadiyyat.Az xəbər verir ki, 38,9%-lik (70 manat) artımdan sonra minimum əmək haqqı orta aylıq əmək haqqının (581,2 manat) 43%-nə bərabər olub.
Qeyd edək ki, bu göstərici Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun deyil. Belə ki, Avropa Sosial Xartiyasının tələblərinə görə minimum əməkhaqqının məbləği orta aylıq əməkhaqqının 60%-dən az olmamalıdır. Bu isə o deməkdir ki, Azərbaycanda minimum əmək haqqını orta aylıq əmək haqqının 60%-i səviyyəsinə, yəni 350 manata çatdırmaq lazımdır.
Məlumat üçün onu da bildirək ki, minimum əmək haqqı ölkənin iqtisadi inkişaf səviyyəsi ilə birbaşa bağlı deyil. Bu, ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Sosium,
20.06.2019 11:24 93
Teqlər: İqtisadiyyat.Az, sosium,