Logo

Qonşu ölkə 4 günlük iş həftəsinə keçir


Avropanın bir çox ölkələrində 4 günlük iş rejiminə keçid müzakirə olunur. Rusiyada da 4 günlük iş həftəsi haqda düşünməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev gələcəkdə əmək müqavilələrində belə iş rejiminin əksini tapacağını bildirib. O, beynəlxalq əmək konfransında çıxış edərkən deyib: “Texnologiyanın inkişafı nəinki iş yerlərinin, həmçinin, iş saatlarının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalacaq. Çox mümkündür ki, gələcəkdə əmək müqavilələrində 4 günlük iş qrafiki nəzərdə tutulacaq”.

Dmitri Medvedev
Dmitri Medvedev

Medvedevin fikrincə, həmişə uğur arxasınca qaçmaq ruslarda xroniki yorğunluq və stress yarada bilər. Bunun da məhsuldarlığa, ölkənin iqtisadi göstəricilərinə təsiri olması mümkündür.

Medvedev bir Yeni Zelandiya şirkətinin nümunə göstərib. Orada 4 günlük iş həftəsinə keçəndən sonra istehsal 20 faiz artıb, əvəzində işçilər daha az stress yaşayır.

Dünya,
12.06.2019 14:37 153
Teqlər: İqtisadiyyat.Az, dünya,