Logo

"Apple" 5G modem istehsalı üçün bu şirkəti ala bilər


Uzun müddətdir 5G modemləri istehsal etmək istəyən "Apple" "Intel"in Almaniyada bu növ modemlər üzərində çalışan bölməsini satın ala bilər.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Apple" 2011-ci ildə "Qualcomm" ilə əməkdaşlığa başlamazdan əvvəl Almaniyanın smartfonlara modem hazırlayan "Infineon" şirkəti ilə çalışırdı. "Intel"in "Infineon"u satın almasının ardından isə "Apple" "Qualcomm" ilə əməkdaşlığa başlamışdı. Hazırda "Qualcomm" ilə lisenziya məbləği üzrə razılığa gələ bilməyən "Apple" "Infineon"u "Intel"dən satın almaq qərarına gəlib. 

Satınalmanın əsas məqsədi isə "Apple"ın öz 5G çiplərini istehsal etmək planıdır.

İKT,
12.06.2019 14:28 25
Teqlər: İqtisadiyyat.Az, İkt,