Logo

İraq, tarixini ABŞ-dan geri alacaq


İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, İraq Dünyəvi Muzeyini gəzən baş nazir Adil Əbdülmehdi, Səddam rejiminin devrilməsindən sonra ABŞ əsgərlərinin İraqdan oğurladığı minlərlə tarixi əsərin ölkəyə geri gətiriləcəyini açıqladı.

İraq baş nazirliyinin sözçüsündən verilən açıqlamada isə Əbdülmehdinin, İraqın dünya tarixi üçün önəmli olduğunu vurğulaması, ölkənin bugünü və sabahı üçün bu tarixi mirasa sahib çıxılmasının vacibliyini deməsi qeyd olunub.

Açıqlamada, Əbdülmehdinin İordaniyadan bir çox tarixi əsərin geri qaytarıldığını xatırlatması və ABŞ-ın İraqdan oğurlanmış 15 min tarixi əsərin geri qaytarılacağını bildirməsi də əks olunub.

Qeyd edək ki, İraq ABŞ qüvvələri tərəfindən 2003-cü ildə işğal olunduqdan sonra, Bağdadda yerləşən Dünyəvi Muzey dünyanın gözü önündə talan edilmişdi.

Dünya,
12.06.2019 11:52 93
Teqlər: İqtisadiyyat, dünya, İraq, ABŞ, tarix, muzey, sərgi, başnazir, əsər,