Logo

Bu yollarda xətlənmə işləri görüləcək – DİQQƏT


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

İqtisadiyyat.Az AAYDA-ya istinadən xəbər verir ki, anoloji işlər axşam saat 22:00-da səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq    .

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nəqliyyat,
12.06.2019 11:48 20
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,