Logo

Deputat bankları tənqid etdi: "Niyə 12%-lə alıb 25%-lə geri qaytarırsan?"


Millət vəkili Vahid Əhmədov əhalini narahat edən suallardan danışıb.

BAKU.WS xəbər verir ki, Vahid Əhmədov bankların yüksək faizlə kredit satmağını tənqid edib.

"Banklar vəsaiti haradan alırlar? Banklardakı pulun 80-85% insanların əmanətləridir. Mən həmişə sual verirəm ki, necə olur ki, bank əmanəti 12%-lə alır, həmin pulu 25%-lə kredit verir?" Yaxşı, 12%-lə götürürsən, qoy üzərinə 3%. 4% də sənin xərcin olsun. Sənin xərcin 15-20% deyil axı. Bank sistemində bu suallar var və bu suallar cavabını tapmalıdır".

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə deputatın sualına cavab verməyə çalışıb: "Bu gün bankların alıcısı olmasa, o faizlər də olmaz. Siz, bank sektorunda niyə yüksək faizləri götürürsüz? Sahibkarlara yardım fondu var. Onlarda kredit 6%-lə verilir. İpoteka fondunda kreditlər 8%-lə verilir. Bu gün banklarda boş vəsait formalaşır. Artıq o vəsaitlər orta və kiçik sahibkarlığa istifadə olunacaq. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir".

Bank,
11.06.2019 17:23 31
Teqlər: İqtisadiyyat, bank, faiz, deputat, millət vəkili, borc, tənqid,