Logo

"Xalq Sığorta" işçi axtarır - VAKANSİYA


Vəzifə:   Programmer / Developer
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
İş yeri: Bakı

Namizədə dair tələblər:

• Ali texniki təhsil;
• Azərbaycan və rus dilini mükəmməl bilməlidir, İngilis dili (üstünlük veriləcək);
• Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
• C#, ASP.NET (Web Forms, MVC, Web API);
• Windows Forms, MS SQL Server, T-SQL sorğularının tərtibi, təkmilləşdirilməsi və optimallaşdırılması;
• Komandada işləmək bacarığı və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

• Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
• Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
• Funksional işlərin test edilməsi;
• Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət.
• Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq;
• Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
• Proqram Təlimatlarının hazırlanması;
• Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Proqramlaşdırma şöbəsinə Programmer / Developer) qeyd edərək,  hr@xalqsigorta.az  elektron ünvanına göndərilməsi xahiş olunur.

Vakansiya,
30.05.2019 09:55 160
Teqlər: vakansiya, İqtisadiyyat.Az,