Logo

“ASK Şüşə” zavodunda ilk istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb (FOTO)


"ASK Şüşə" zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-dən Trend-ə verilən məlumata görə, zavodun ərazisinə baxış keçirən qurumun baş direktoru Kamran Nəbizadə müəssisədəki mövcud vəziyyətlə tanış olub, lazımi göstərişlər verib.

İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90 faizə çatacağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildə təsis edilən "ASK Şüşə" MMC "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisələrindən biridir. 22 hektar ərazidə yerləşən zavod İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib və regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın az hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir. Xammal kimi istifadə olunan şüşə qırıntılarının tədarükü əsasən respublikanın emal müəssisələrindən təşkil edilir.

Sənaye,
22.05.2019 11:26 55
Teqlər: İqtisadiyyat, sənaye, şüşə, zavod, yeni, açılış,