Logo

Şok edən gerçək- Bu ölkələrdə qadınlar evlənmək üçün kişilərə "başlıq pulu" ödəyir


Evlilik coğrafi mövqey və ya ölkə fərqi olmadan çox önəmli bir faktordur. Bəzi ölkələr bunu ciddiyə almasalar da, əksər ölkələr vətəndaşlarını evlənməyə təşviq edir. Bir sıra ölkələrdə kişi və qadın nisbətinin balans pountusu kişilərlə yanaşı qadınları da narahat edir. İqtisadiyyat.Az xarici mediaya əsasən vətəndaşlarını evliliyə təşviq edən, həmçinin qadınların kişilərə “başlıq pulu” ödədiyi bəzi ölkələri təqdim edir.

1.Ermənistanda kişilərin az, qadınların çox olması səbəbilə, hökumət subay qadınların bekar qalmaması üçün müxtəlif tədbirlər görür. Bir kişinin birdən artıq qadınla evlənməsi qanuni hesab edilən düşmən ölkədə bir çox işlərin idarəsi də qadınların üzərindədir. Kişi azlığının davam edəcəyi təqdirdə bu ölkədə daha da çox problemlərin olacağı deyilir.

2.Böyük şəhərlərində 5 qadına 1 kişi düşən Avstraliya qadınları xarici ölkələrdən kişilərin gəlməsini istəyirlər. Dünya tarixinin ən az kişi sayı qeydə alınan Avstraliyaya xaricdən gələcək kişilərə istirahət, tətil hədiyyə olunur.

3.İtaliyada doğum sayının azalması ilə yanaşı, evlilik sayı da azlıq təşkil edir. Dövlətin həyata keçirdiyi müxtəlif tədbirlərə rəğmən, bu ölkədə kişilər davamlı evliliyə razı olmurlar. Bu hal bəzi bölgələrdə təbii qarşılansa da, bəzi bölgələrdə təpki ilə üzləşir. Hətta İtaliyanın əksər vilayətlərində evlənən kişilərə pul vasitəsilə dəstək olurlar.

4.Qadın sayının ən çox olduğu ölkələr siyahısında əvvəldə yer alan Rusiyada, alkoqollu içki kişilərdə cinsi həvəsi bitirir. B səbəbdən kişi tapa bilməyən rus qadınlar, kişi tapmaq üçün bir çox ölkələrdə çalışırlar. Boşanma hallarının getdikcə artdığı Rusiyada, dövlət bu məsələdə dəstəyini davam etdirir.

5.Tailandda isə vəziyyət çox fərqli şəkildədir. Bu ölkədə orta cins çox olduğundan qadınlar evlənməkdə çətinlik çəkirlər. İstədikləri kimi kişi tapa bilməyən Tailand qadınları çarəni başqa ölkələrdə görürlər.

6.Qadın sayının çox olduğu ölkələrdən olan Monqolustanda zəif qadınlar xalq tərəfindən bəyənilməyərək evlilikdə çətinlik çəkirlər. Dövlət bu baxımdan zəif qadınlarla evlənəcək olan kişilərə dəstək verir. Hətta bəzi bölgələrdə kişilərə “başlıq pulu” da verilir.

7.Gözəllikləri ilə məşhur olan İslandiya qadınları kişi sayının az olması səbəbilə evlənə bilmirlər. İslandiyada mövcud olan problemin çarəsini ölkəyə gələn miqrantlarda görən hökumət, islandiyalı qadınlarla evlənəcək kişilərə 5 min dolalr verəcəyini açıqlamışdı. Ancaq bu xəbərdən sonra ölkəyə çoxlu kişi gəldiyini görən hökumət, məlumatı təkzib etmişdi. Həmçinin bu ölkədə doğulan uşaqlarının əksəriyyətinin də ana-ataları evli deyillər.

8.Birləşmiş Ərəb Əmirliklərində şəriət qaydalarından dolayı öz talibini gözləyən qadınlara görə evlilik sayı aşağıdır. Dövlət evlənməyən və yaşları artan qadınlarla evlənmək üçün kişilərə təxminən 12 min manat dəstək verir. Birdən artıq qadınla evlənən kişilər bu dəstəklə heç bir xərc çəkmədən evlənə bilir.

 

Mehman Nəbiyev

Dünya,
15.05.2019 16:47 106
Teqlər: İqtisadiyyat, dünya, əhali, kişi, qadın, evlilik, toy, maraqlı, pul, başlıq, çətinlik, dövlət, hökumət, dəstək, xaric,