Logo

Maliyyə Nazirliyinin səlahiyyətləri Vergilər Nazirliyinə verildi


Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması səlahiyyəti Maliyyə Nazirliyindən alınaraq Vergilər Nazirliyinə həvalə edildi.

İqtisadiyyat.Az xəbər verir ki, bu gün Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə, dərman vasitələrinin və dini kitabların dövriyyəsinə nəzarət də Vergilər Nazirliyinə həvalə edilib.

Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Buradakı müvafiq icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi nəzərdə tutulurdu. Fərmanda edilən dəyişikliklə isə bu səlahiyyət Vergilər Nazirliyinə verilib.

“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə qeyd edilib ki, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti ilə nəzarət markalarını Maliyyə Nazirliyi deyil, Vergilər Nazirliyi hazırlayacaq.

Sənədlər,
15.05.2019 16:40 111
Teqlər: İqtisadiyyat.Az, sənədlər,