Logo

Ağıllı diş fırçaları da istehsal olundu


Uşaqlar üçün özəl olaraq istehsal olunan ağıllı diş fırçası istehlakçılara təqdim olunacaq. İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, ağıllı fırçalar stomotoloqlara fırçalama müddətini izləməyə imkan verəcək.

17 ildir telekommunikasiya sahəsində yenilikçi məhsullarla çıxış edən “Gencpa Texnoloji” şirkəti uşaqların sağlığına yönəlik istehsal etdiyi yeni məhsulunu Türkiyə bazarlarına çıxaracaq.

Verilən açıqlamada “Grush” ağıllı diş fırçalarının ideyasının məqsədi uşaqların diş fırçalamağa marağının artmasıdır. Belə ki, 3D hərəkət özəlliyi olan fırçalar, mobil telefonlara smartfonlara yüklənilirərək oyun halına gəlir. Bu da uşaqlar üçün əyləncəli olmaqla yanaşı interaktivlik yaradır. Eyni zamanda bulud texnologiyası ilə diş fırçalama üsulları da “Grush Cloud”da yer alıb. Bununla da stomotoloqlar pasient uşaqların diş fırçalama müddətini izlyə bilir.

 

Mehman Nəbiyev

Sağlamlıq,
15.05.2019 15:40 36
Teqlər: İqtisadiyyat, sağlamlıq, dünya, fırça, diş, ağıllı, yeni,