Logo

Gürcüstanın turizmdən gəliri artıb


Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 856 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin turizmdən gəliri 66 milyon dollar və ya 8,4% çoxdur.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstana 2,2 milyonn nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Bu dövr ərzində Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayı 391 min 975 nəfər təşkil edib. 

Dünya,
15.05.2019 14:30 30
Teqlər: İqtisadiyyat.Az, dünya,
İstinad: marja.az