Logo

"AFB Bank" işçi axtarır - VAKANSİYA


AFB Bank İnsan Resursları Strukturuna mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• AR Əmək qanunvericiliyi biliyi;
• İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
• Elektron Hökumət Portalı ilə işləmə bacarığı;
• MS Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan, Rus və ingilis dili bilikləri;
• Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi; 
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

• Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanması və yerləşdirilməsi;
• CV-lərin seçilməsi,Uyğun görülən namizədlərlə müsahibələrin təşkili və namizədlərin müsahibə nəticələri barədə məlumatlandırılması;
• Vakansiyaların elektron bazasının formalaşdırılması , tənzimlənməsi, şirkətə  aid  ümumi və vahid namizədlər bazasının yaradılması və yenilənməsi.
• İşəqəbul hesabatlarının hazırlanması;
• Vakansiyalarla bağlı struktur rəhbərlər ilə işin təşkilinin aparılması;
• İşçilərlə bağlı dövlət orqanları və rəhbərliyə  təqdim olunacaq hesabatların hazırlanması;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya,
14.05.2019 17:22 184
Teqlər: İqtisadiyyat.Az, vakansiya,