Logo

Suraxanı rayonunda yollar yenidən qurulacaq - SƏRƏNCAM


Prezident İlham Əliyev "Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, Sərəncam ilə, Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə  2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb. 

Sənədlər,
15.04.2019 16:37 13
Teqlər: iqtisadiyyat.az, sənədlər, prezident,