Logo

Jurnalistika üzrə magistraturaya qeydiyyat başlayıb


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

İqtisadiyyat.az xəbər verir ki, həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 2019-cu il mayın 1-dən 3‑dək qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 2019-cu il aprelin 16-dan 25-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar “Sorğu anketi”ni doldurub qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Ətraflı məlumatı DİM-in saytından ala bilərsiz. 

Təhsil,
15.04.2019 15:22 61
Teqlər: iqtisadiyyat.az, təhsil,