Logo

Ermənistan da “Boeing”dən imtina etdi


Ermənistanın mülki aviasiya komitəsi ölkənin hava məkanında bir ay müddətində “Boeing 737 Max 8” və “Max 9” təyyarələrinin istismarına qadağa qoyub.

Bu barədə “Armenpress” məlumat yayıb.

Qərarın Efiopiyada baş verən qəzadan sonra uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul olunduğu bildirilir.

Bundan əvvəl Türkiyə və Rusiya da “Boeing 737 Max” modelindən olan təyyarələrin istismarına qadağa qoymuşdu.

Dünya,
14.03.2019 17:42 56
Teqlər: İqtisadiyyat.Az, Dünya,
İstinad: Oxu.az