Logo

“Növbəti illərdə kənd məhsulları ucuzlaşacaq”-Aqronom


Əvvəlki illərə nisbətən bu il bazarlarda pomidor və soğanın qiymətində artım, sarımsağın qiymətində isə azalma müşahidə olunur. Ötən illərdə isə bu göstəricilər tam əks idi.

Aqrar məhsulların qiyməti ilə bağlı İqtisadiyyat.az-a münasibət bildirən aqronom Vüsal Hacıyev, pomidorun ərəb ölkələrinə ixrac olunmasının qiymət artımına səbəb olduğunu qeyd edib.

“Azərbaycanda ixrac olunan aqrar məhsullar arasında pomidor 1-ci yeri tutur. Ötən illərdə pomidorun ucuz olmasına səbəb ilk olaraq Orta Asiyadan da Rusiyaya idxalı idi. İkinci səbəb isə Rusiyanın Türkiyədən idxal etdiyi pomidora tətbiq olunan sanksiyanı ləğv etməsi oldu. Sonra az da olsa ərəb ölkələrinə ixrac olunması səbəbilə qiymətlər bu il artdı. Əvvəlki illərdə sarımsağın qiyməti çox baha idi. Bazarda tələbat olduğu əkinçilər daha çox ərazidə sarımsaq əkməyə başladılar. Tələbatın təmin edilmədiyini görən iş adamları idxal vasitəsilə qiymətləri aşağı salmağa nail oldular. Soğanın qiyməti isə əslində indiki halda ölkə bazarına uyğundur. Soğan demək olar ki, ixrac olunmur. Qiymətin nisbətən qalxmasına səbəb əkinçilərin soğan üçün ayrılan sahələrdə digər bitki növlərini də əkməsi ilə əlaqədardır. Məsələn, Ağdamda həmin ərazilərin bir hissəsinə pambıq da əkilir”.

Regionlarda yaradılan aqrar mərkəzlərin fəaliyyətindən danışan Vüsal Hacıyev belə davam edib-“İndi hər bir regionda aqrar inkişaf mərkəzi var. Həmin mərkəzlər kimin nə əkəcəyini tövsiyə edirlər. Fermerləri subsidiya, gübrə, texnika kimi problemlərini nəzarətdə saxlayırlar. Aqrar mərkəzlərin istər əkin sahələrinin gübrələnməsi, istərsə də dəyən zərərə qarşı fəaliyyətinə nəzər salsaq ümid etmək olar ki, növbəti illərdə məhsulların qiyməti aşağı düşəcək”.

 

Mehman Nəbiyev

Aqrar,
14.03.2019 16:55 71
Teqlər: İqtisadiyyat.Az, aqrar, kənd,