Logo

Ərəbistanda təyyarə yaddan çıxan körpəyə görə geri qayıtdı


Səudiyyə Ərəbistanının Ciddə şəhərindən, Malayziyanın paytaxtı Kuala Lumpura gedən sərnişin təyyarəsi, “Kral Abdulaziz” Beynəlxalq Hava limanından qalxdıqdan az sonra şok yaşayıb. Qadın sərnişinlərdən biri təyyarənin xidməti üzvünə körpəsini hava limanında unutduğunu bildirib. Pilotun geri dönüş etməsi nəzarət qülləsinin xidməti əməkdaşları tərəfindən lentə alınaraq youtube-yə yerləşdirilib və az zamanda 2 milyondan çox izləmə qazanıb. Videoda, pilotun “Kral Əbdüləziz” hava limanına yenidən girmək istədiyi eşidilib. Videoda pilot, "Allah köməyimiz olsun. Geri qayıda bilərikmi?" deyə soruşub. İqtisadiyyat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, videoda əks olunan detallar belə olub. Nəzarət qülləsində xidməti əməkdaş, "Bir təyyarə geri dönmək istəyir. Sərnişinlərdən biri körpəsini unudub. Yazıq uşaq”söyləyib. Qısa bir sükutdan sonra, təyyarənin enişinə icazə verilir və nəzarət qülləsi xidmətçisi, "Yaxşı, təkrar qapıya qayıdın, , ilk dəfədi başımıza belə bir şey gəlir" deyir. Təyyarənin enişindən sonra ananın körpəsinə qovuşması xəbəri pilot və sərnişinlərə çatdırılır.

Dünya,
14.03.2019 12:43 180
Teqlər: Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan ərazisi, ölkələr, yoluxucu heyvan xəstəlikləri, xəbərdarlıq, İqtisadiyyat.Az, Dünya, Ərəbistan,