Logo

“Access Bank” yeni səhmdarlar cəlb edərək nizamnamə kapitalını kəskin artırıb


“Access Bank” QSC nizamnamə kapitalını 118,5 mln. manat artırıb. 

İqtisadiyyat.az xəbər verir ki, kapital artımı çərçivəsində Banka yeni səhmdarlar cəlb edilib.

Son nəticədə “Access Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib. Xatırladaq ki, indiyə qədər Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiya, Almaniyanın KFW bankı hər biri 20%, “Access Microfinance Holding AG” 16,53%, “LFS Financial Systems GMBH” (Almaniya) isə 3,47% paya malik idi.

Hazırda isə yeni pay bölgüsü aşağıdakı kimidir:

Asiya İnkişaf Bankı – 19,90%;

Avropa İnvestisiya Bankı – 17,39%;

Beynəlxalq Maliyyə Korporasiyası – 16,56%;

responsAbility tərəfindən odarə edilən investisiya fondları:

responsAbility SICAV (Lux) – 2,91%

responsAbility Management Company S.A. – 7,11%

Hollandiya İnkişaf Bankı (FMO) – 9,41%;

Avstriya İnkişaf Bankı – 9,17%;

SIFEM AG – 8,89%;

EFSE – 2,78%

Symbiotics SICAV (Lux.) – 2,27%

GGF – 1,77%

LFS Advisory GmbH – 1,27%

Qara Dəniz Ticarət və İnkişaf Bankı – 0,58% 

Bank,
14.03.2019 10:38 11
Teqlər: maliyyə, İqtisadiyyat.Az, bank,
İstinad: report.az