Ukrayna Milli Bankı uçot dərəcəsini 2 faiz bəndi azaldaraq 20% səviyyəsində müəyyən edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Milli Bankın İdarə Heyəti sentyabrın 15-dən uçot dərəcəsini 22%-dən 20%-ə endirilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, bank iyulun 27-də uçot dərəcəsini 25%-dən 22%-ə endirib.

 

Gözəl Həşimova