2022-ci ildə Ukraynada kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrin sayı 31%-dən çox azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin “Aqrar İqtisadiyyat İnstitutu” milli tədqiqat mərkəzinin direktoru Yuri Lupenkon bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələrin sayı 51,8 mindən 35,6 minə qədər azalıb. Bu da 2012-ci ildən bəri ən böyük azalmadır və bütövlükdə iqtisadiyyat üzrə müvafiq göstəricidən çoxdur.

 

Gözəl Həşimova