Türkiyədə iyul ayında işsizlik səviyyəsi iyun ayı ilə müqayisədə 0,2 bal azalaraq 9,4%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Məlumata görə, 15 yaşdan yuxarı olan işsizlərin sayı 38 min nəfər azalaraq 3 milyon 291 min nəfərə enib. İşsizlik səviyyəsi kişilər üçün 7,6%, qadınlar üçün isə 12,9% təşkil edib.

 

Gözəl Həşimova