Türkiyənin “Botaş” neft-qaz şirkəti Rumıniyanın "OMV Petrom" neft şirkəti ilə 2025-ci ilin mart ayının sonunadək boru kəməri qazının tədarükünə dair müqavilə imzalayıb.
Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, qaz kəmərinin çəkilişinə oktyabrın 1-dən başlanılacaq. Bu kəmər vasitəsilə Rumıniya gündəlik 4 milyon kubmetrə qədər qaz idxal edəcək.
Yanacaq tədarükü ilə yanaşı, tərəflər enerji resurslarının çatdırılması, saxlanması və istehsalı sahələrində, o cümlədən yaşıl enerjidən istifadə sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Gözəl Həşimova