Sumqayıtda 47 yaşlı ruhi əsəb xəstəsi kişi itkin düşüb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, ruhi xəstə, 1976-cı il təvəllüdlü Hüseynov Aynur Rafiq oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.