Saatlıda 50 yaşlı kişi intihar edib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Əbilkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Abbasov Zahid Vəli oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.