Keçmiş braziliyalı futbolçu Romario Ançelottinin yerli milli komandaya baş məşqçi təyin olunmasına qarşı çıxıb.
İqtisadiyyat.az xəbər verir ki, Braziliya millisinin tərkibində ABŞ-94-də dünya çempionu olan Romario bunu ehtiyat oyunçular skamyasında braziliyalı məşqçi görmək istəməsi ilə əlaqələndirir. O, məşqçi və oyunçular arasında mədəni və dil səviyyəsində ünsiyyətin vacibliyini və braziliyalıların özlərini idarə etməli olduğunu vurğulayıb.
"Ançelottinin Braziliyaya baş məşqçilik etməsini istəmirik. Fernando Dinizə sonuna qədər güvənirik".
Romario nəticələrinə görə tənqid edilən müvəqqəti məşqçini müdafiə edib və onu tarixin ən yaxşısı adlandırıb. "Fluminense"nin baş məşqçisi kimi də işləyən Diniz, 2023-cü ilin iyulundan 2024-cü ilin ortalarına qədər məşqçi təyin edilib.