"Qarabağdakı rejim heç də tərəfdaşsız deyil".
İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın müxalif "Şərəfim var" fraksiyasının deputatı Ayk Mamicanyan yerli mediaya açıqlamasında dilə gətirib. Onun sözlərinə görə, söhbət Rusiyadan gedir: "Rusiya Qarabağdakı seçkilərə heç bir mənfi reaksiya verməyən yeganə geosiyasi oyunçudur. Bu fakt, eləcə də ictimai və qeyri-ictimai bəyanatlar onu göstərir ki, Qarabağdakı ermənilər heç də müttəfiqsiz deyil".
Mamicanyan hesab edir ki, Rusiya hazırda separatçı rejim üçün güclü bir müttəfiqdir.