"Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək seçkilərə hələ namizədliyini irəli sürməyib".

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində "RBC"ya müsahibəsində bildirib.

"Vladimir Putin seçkilərində iştirak etməyi planlaşdırdığını açıqlamayıb. Lakin o, belə bir qərar qəbul edərsə, heç kim onunla rəqabət apara bilməyəcək", - deyə Peskov qeyd edib.
 

Gözəl Həşimova