Bu ilin dekabr ayında Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iki ölkənin XİN rəhbərləri Ceyhun Bayramov və Sergey Lavrov arasında baş tutan telefon danışığı barədə yaydığı məlumatda qeyd edilib. 

Qeyd edək ki, telefon danışığı zamanı nazirlər həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyini, Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivlərini, regiondakı mövcud vəziyyəti, Tehranda keçirilən "3+3" regional platformasının görüşünün nəticələrini müzakirə ediblər.