“Qazaxıstan Asiya və Aralıq dənizi arasında Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında fransız müəssisələrinin fəal iştirakına arxalana bilər”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşündən sonra deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında əməkdaşlıq üçün yaxşı əsaslar qoyulub, lakin bu prossesi sürətləndirmək lazımdır.

Qeyd edək ki, 2005-ci ildən bəri Fransanın Qazaxıstana kapital qoyuluşlarının həcmi 17 milyard dolları ötüb.

 

Gözəl Həşimova