"Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır".
İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən "3+3" formatındakı görüşdən sonra mətbuata açıqlamasında deyib.
"Aİ və ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə sızmağa cəhd etməkdə davam edir. Rusiya Federasiyası Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır", - Lavrov. bildirib.