Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə rayonun Bakı prospektində baş verib.

Belə ki, “Toyota” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən, VAZ-2107 markalı avtomobil arxadan ona çırpılıb.  

Qəza nəticəsində bir nəfər xəsarət alıb. O, təcili tibbi yardım maşınının köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.