“Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşmüş şəxslərin axtarışı prosesində bitərəf kimi iştirak edir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən BQXK-nın Ailə Əlaqələrinin Axtarılması və Bərpası üzrə Mərkəzi Agentliyinin rəhbəri Florens Anselmo deyib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslərlə bağlı məsələni siyasiləşdirmək olmaz:

"Biz yadda saxlamalıyıq ki, bu cür hadisələrin arxasında hələ də yaxınlarının taleyindən xəbərsiz ailələr dayanır".

Gülşən Şərif