Bu gün I Liqada 1-ci turun növbəti oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, ikinci oyun günündə daha 3 görüş baş tutub.

“Zaqatala” evdə “İrəvan”a uduzub. MOİK səfərdə “Difai Ağsu”ya, “İmişli” də “Araz Saatlı”ya 3 cavabsız qolla qalib gəlib.

I Liqa

1-ci tur

14 sentyabr

“Zaqatala” – “İrəvan” 0:2

Qollar: Cavid Tağıyev, 41. İbrahim Əliyev, 58.

Zaqatala OİK stadionu, 16:30.

Difai Ağsu” – MOİK 0:3

Qollar: İsa Zeynallı, 10-pen. Elmir Rəhimzadə, 55. Xəyal Bədirov, 90+3.

Ağsu şəhər stadionu, 16:30.

Araz Saatlı” – “İmişli” 0:3

Qollar: Xəzər Mahmudov, 45+2; 72. Tonia Tisdell, 80.

Saatlı OİK stadionu, 17:00