Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün noyabrın 6-da Ankarada görüşəcəklər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Blinkenin bazar günü axşam gələcəyi gözlənilir. Bazar ertəsi cənab Fidan onunla danışıqlar aparacaq. Onlar Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəklər", - agentliyin həmsöhbəti vurğulayıb.