Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və dünən Rusiyanın Birinci Kanalında yayımlanan verilişdəki fikirlərə görə Ermənistan tərəfi Rusiyaya etiraz notası verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, notaya sujetdə yer alan Ermənistanın yüksək rütbəli rəsmilərinə ünvanlanan təhqiramiz və qəbuledilməz bəyanatlar səbəb olub.