Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin elan etdiyi "Xidməti istifadədə olan patrul avtomobilləri üçün ehtiyyat hissələri və servis xidməti" tenderinin qalibi açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Improtex Motors" MMC olub.
Şirkətlə 248.494,02 manat məbləğində müqavilə imzalanıb.
Tenderin şərtlərinə əsasən, qalib şirkət siyahı üzrə xidməti istifadədə olan patrul avtomobilləri üçün ehtiyyat hissələri və servis xidmətini həyata keçirəcək.
Qeyd edək ki, "Improtex Group" şirkəti BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha markalarının Azərbaycanda rəsmi idxalçısıdır.
Gülşən Şərif