"Messi "Barselona" tarixinin ən yaxşısıdır"

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri "Barselona"nın idman direktoru Deko komandanın sabiq futbolçusu Lionel Messi haqda danışarkən deyib:

"Leo mənim dostumdur. Onu çox istəyirəm. Son zamanlar daha az əlaqə saxlayırıq. Çünki o, uzaqdadır. Hamımız Messinin geri dönməsini istədik. Amma təəssüf ki, bu, mümkün olmadı. Messi bu klubun tarixinin ən yaxşı oyunçusudur. "İnter Mayami"də xoşbəxt olduğunu görürəm. Bir "Barselona" və Messi azarkeşi olaraq ona ən yaxşı şeyləri arzulayıram".