Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 21:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Tərəflər üçtərəfli razılaşmalar əsasında Bakı və İrəvan arasında normallaşma üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər", - məlumatda qeyd edilib.

Nazirlər həmçinin regional "3+3" formatını müzakirə ediblər və bu platformanın təşviqi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

"Oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində "3+3" məsləhətçi regional platformasının görüşünün nəticələri yüksək qiymətləndirilib. 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə mövzusu olub", - Rusiya diplomatik departamentinin bəyanatında deyilir.