Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar müəyyənləşib.
İqtisadiyyat.az müvafiq dövrdə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir:
Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. Bu ad 1345 uşağa qoyulub.
Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1274 uşağa Əli, 1146 uşağa Yusif, 1143 uşağa Hüseyn, 798 uşağa Məhəmməd, 778 uşağa Ömər, 774 uşağa Raul, 688 uşağa Adəm, 657 uşağa Murad və 559 uşağa Ayxan adı verilib.
Bundan başqa, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu ad 1223 uşağa qoyulub.
Eyni zamanda 1054 uşağa Məryəm, 1006 uşağa Zeynəb, 980 uşağa Aylin, 862 uşağa Nilay, 850 uşağa Fatimə, 825 uşağa Ayla, 792 uşağa Mələk, 680 uşağa İnci və 620 uşağa Miray adı verilib.
Gülşən Şərif